13:33 16-12-2008
news_image
572
FUTBOL

Subaşiç “Sony Playstation-3” çempionatında neçəni yeri tutub?

Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç növbəti məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu çıxış etdiyi “Srvena Zvezda”sının heyətində deyil, fərdi mübarizədə uduzub. Belə ki, Branimir oynadığı Belqrad təmsilçisini idarə etməkdə bacarığını göstərə bilməyib.

“Srvena Zvezda” qış fasiləsinin ilk turnirini klubun mətbuat mərkəzində keçirib. Komandanın futbolçuları, bəzi veteranları və digər üzvləri ən yaxşı oyunçunu müəyyənləşdirməli olub. Belə ki, onlar “Sony Playstation-3”də çempion olmaq uğrunda mübarizə aparıblar. Turnirin 32 iştirakçısından biri olan Subaşiç yarımfinala vəsiqə qazana bilməyib. Bütün iştirakçıların “Srvena Zvezda” ilə oynamalı olduğu turnirin qalibi isə Milovan Stefanoviç olub.