22:28 16-12-2008
news_image
536
STOLÜSTÜ OYUNLAR

Dünya çempionu Rəcəbova təslim oldu

Rusiyanın Elista şəhərində keçirilən şahmat üzrə Qran-Prinin üçüncü turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, hesabat turunda qələbə qazanan Teymur Rəcəbov vahid liderə çevrilib. Onun bu dəfəki “qurban”ı 2004-cü ildə dünya çempionu tituluna yiyələnmiş özbəkistanlı Rüstəm Qasımcanov olub. Ağ firuqlarla oynayan Rəcəbov 29 yaşlı rəqibini 35-ci gedişdə mat edib.

Yığmamızın digər üzvü Şəhriyar Məmmədyarov ardıcıl 3-cü dəfə “sülh” bağlayıb. O, Etyen Bakro (Fransa) ilə heç-heçə oynayıb. Eyni zamanda, Vüqar Həşimov da Çin təmsilçisi Yu Vanla görüşdə yarım xalla kifayətlənib.

Beləliklə, Teymur 2,5 xalla liderdir. Aktivində 2 xal olan Vüqar 2-4-cü yerləri bölüşdürür. Şəhriyar isə 1,5 xalla 5-9-cu pillələrdə yer alıb. Qran-Pri dekabrın 28-dək davam edəcək. Sabah növbəti tur çərçivəsində Azərbaycan derbisi baş tutacaq. Belə ki, Rəcəbov Məmmədyarovu sınağa çəkəcək. Vüqar isə ermənistanlı Vladimir Akopyana qarşı mübarizə aparacaq.