23:05 17-12-2008
news_image
460
STOLÜSTÜ OYUNLAR

Autsayderlərin qələbəsi Teymuru zirvədə saxladı

Azərbaycan şahmat yığmasının lideri Teymur Rəcəbov Rusiyanın Elista şəhərində keçirilən Qran-Prinin IV turunu da lider kimi başa vurub. Apasport.az saytının məlumatına görə, 21 yaşlı həmvətənimiz hesabat turunda xal itirməsinə baxmayaraq, 3 xalla zirvədəki yerini qoruyub.

Buna autsayderlərin - Etyen Bakro (Fransa), Van Yu (Çin) və Yevgeni Alekseyevin (Rusiya) qələbə qazanmaları şərait yaradb. Əsas rəqibləri qalib gələ bilmədiyindən Teymur birinci pillədə qalıb.

Digər şahmatçımız Vüqar Həşimov 2,5 xalla 2-4-cü yerləri bölüşdürür. Hesabında 2 xal olan Şəhriyar Məmmədyarov isə 5-10-cu sıralarda qərarlaşıb.

Qran-Pridə 14 şahmatçı yarışır. Sabah V turun qarşılaşmaları olacaq.