11:01 18-12-2008
news_image
509
DİGƏR NÖVLƏR

Rusiyada azərbaycanlı idmançının öldürülməsi faktı ilə bağlı cinayət işi açılıb

Azərbaycanlı 23 yaşlı idmançı Zakir Lələşovun qətli ilə bağlı cinayət işi açılıb. Apasport.az saytının məlumatına görə, bu haqda Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Prokurorluğunun istintaq idarəsindən məlumat veriblər. Məlumata görə, cinayət faktı ilə bağlı artıq bir neçə şübhəli şəxs var.
Qeyd edək ki, Zakirin meyiti dekabrın 10-da Krasnoyarsk vilayətinin Zeledeevo stansiyasında yolun kənarında tapılıb. Meyiti Azərbaycana göndərilən Lələşov sentyabrda Rusiya çempionu olub.