12:50 18-12-2008
news_image
585
STOLÜSTÜ OYUNLAR

Erməni qrossmeyster: Vüqar Həşimov düz deyir

“Rəqibim əvvəl də bu variantdan istifadə edib. Ona görə də, oyunu ciddi çətinlik çəkmədən keçirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri erməni rəqibi Vladimir Akopyanla görüşü dəyərləndirən Azərbaycan şahmat yığmasının üzvü Vüqar Həşimov söyləyib.

Rusiyanın Elista şəhərində təşkil olunan Qran-Pri turnirində məğlubiyyətsiz irəliləyən təmsilçimiz bu səbəbdən rəqibin ehtiyatlı davrandığını qeyd edib. Ardınca çıxış edən Akopyan da Vüqarla razılaşıb: “Bəli, Vüqar düz deyir. Mən bu variantı bir neçə il əvvəl Dominqeslə görüşdə tətbiq etmişdim. Bu oyunda da vəziyyət bərabər idi”.

Qeyd edək ki, qara fiqurlarla oynayan Həşimov erməni rəqibi ilə 34-cü gedişdə heç-heçə edib.