10:11 18-12-2008
news_image
636
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı FİDE-nin vitse-prezidentinə qələbə qazandırıb

Rusiyanın Elista şəhərində keçirilən şahmat üzrə Qran-Pri turnirində maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Vüqar Həşimovla ukraynalı Pavel Elyanovun görüşü mübahisə predmeti olub.

FİDE-nin vitse-prezidenti Zurab Azmayparaşvili ilə qurumun rəhbəri Kirsan İlyumjinovun köməkçisi Berik Balqabayev oyunun nəticəsi ilə bağlı mərc gəliblər. Azmayparaşvili həmyerlimizin qalib gələcəyini, Balqabayev isə görüşün heç-heçə başa çatacağını iddia edib. Mərcin obyekti isə Kalmıkiyada populyar olan bir şüşə “İpatovo” armud şirəsi olub.

Ağ fiqurla oynayan Həşimov rəqibinin müqavimətini 93-cü gedişdə qıraraq, Azmayparaşavilinin qalib gəlməsini təmin edib.