18:25 18-12-2008
news_image
601
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: yenə heç-heçə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Elista şəhərində keçirilən Qran-Pri turnirində qələbə üzünə həsrət qalıb. Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz bu gün baş tutan V turda da heç-heçə ilə kifayətlənib.

Ağ fiqurlarla oynayan Məmmədyarov özbəkistanlı Rüstəm Qasımcanovun müqavimətini qıra bilməyib. Tərəflər 31-ci gedişdə xal bölgüsünə razılaşıblar. Ardıcıl 5-ci heç-heçəsini rəsmiləşdirən təmsilçimizin hesabında 2,5 xal var.

Qeyd edək ki, hesabat turunda daha iki şahmatçımız çıxış edir. 3 xalla turnir cədvəlinə başçılıq edən Teymur Rəcəbov qara fiqurlarla macar Peter Lekonu sınağa çəkir. Hesabında 2,5 xal olan Vüqar Həşimov isə ağ fiqurla rusiyalı Aleksandr Qrişukla oynayır.