12:39 19-12-2008
news_image
501
STOLÜSTÜ OYUNLAR

Erməni şahmatçı: Azərbaycanda xeyli dostlarım var, onlarla məktublaşıram

“Hər iki ölkənin qrossmeysterləri müxtəlif yarışlarda tez-tez qarşılaşırlar. Bizimlə azərbaycanlı həmkarlarımız arasında heç bir problem yaranmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ermənistan şahmat yığmasının üzvü Vladimir Akopyan söyləyib.

Rusiyanın Elista şəhərində təşkil olunan Qran-Pri turnirində mübarizə aparan Akopyan azərbaycanlılarla dostluq münasibəti saxladığını da etiraf edib: “Mən Bakıda anadan olmuşam. Orada kifayət qədər azərbaycanlı dostlarım var. Onlarla məktublaşır, Moskvada olarkən isə görüşürəm”.

Qeyd edək ki, Qran-Pri turnirində milli komandamızın üç üzvü, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov da çıxış edir.