18:38 22-12-2008
news_image
541
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Həşimovdan yarım xal qopardı

Rusiyanın Elista şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirində VIII turun görüşləri keçirilir. Apasport.az saytının məlumatına görə, artıq Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə baş tutan partiya yekunlaşıb.

Gözlənildiyi ki, Teymur Rəcəbovla Vüqar Həşimovun duelində qalib müəyyənləşməyib. Tərəflər 23-cü gedişdə xal bölgüsünə razılaşıblar. Bu dəqiqələrdə yığmamızın digər üzvü Şəhriyar Məmmədyarovun (3,5 xal) rusiyalı Ernesto İnarkiyevlə oyunu davam edir.

Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran Həşimov liderlik mövqeyini möhkəmləndirib. Ötən turda məğlubiyyətlə üzləşən Rəcəbovun hesabında 4,5 xal var.