17:26 24-12-2008
news_image
598
DİGƏR NÖVLƏR

İradə Aşumova Gürcüstanda da medal qazandı

Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova 2008-ci ildə iştirak etdiyi son beynəlxalq yarışda da medal qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin ən titullu güllə atıcısı bu gün Gürcüstanın paytaxtı Tiflisdə keçirilən yarışda fərqlənib. O, fəxri kürsünün ikinci pilləsinə qalxıb.

10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açan Aşumova 471,8 xalla gümüş medala layiq görülüb. Birinci yeri isə yerli idmançı, olimpiya, dünya və Avropa çempionu Nino Salukvadze tutub (485,5 xal). Həmçinin, bürünc medal da Gürcüstan təmsilçisi Nino Aroşidzeyə qismət olub.

Azərbaycan yığmasının digər üzvü, İradə Aşumovanın oğlu Ruslan Lunyov sabah atəş xəttinə çıxacaq. Yeniyetmə güllə atıcımız Camal Novruzzadə isə turnirin sonuncu günü, dekabrın 26-da bacarığını nümayiş etdirəcək.
Qeyd edək ki, Aşumova ötən həftə Lüksemburqda təşkil olunmuş beynəlxalq yarışda iki qızıl medal qazanmışdı.