18:41 24-12-2008
news_image
824
DİGƏR NÖVLƏR

Tahir Zaman Pakistana qayıtdı

Qadınlardan ibarət otüstü hokkey üzrə Azərbaycan milli komandasının baş məşqçisi Tahir Zaman vətəni Pakistana qayıdıb. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcının Pakistana yollanması Yeni il bayramı ilə əlaqədardır. Tahir Zaman 2009-cu il yanvarın əvvəllərində Bakıya dönəcək.

Həmin vaxt pakistanlı məşqçi ailəsini də paytaxtımıza gətirəcək. Onun Azərbaycan Otüstü Hokkey Federasiyasında məsul vəzifəyə təyinatının da məhz yanvarda gerçəkləşəcəyi gözlənilir. Milli komandada baş məşqçi postu isə böyük ehtimalla, argentinalı Serxio Vixilə tapşırılacaq. Federasiya rəhbərliyi ötən ay Bakıda səfərdə olan Vixillə ilkin razılıq əldə edib.

Qeyd edək ki, Tahir Zaman Azərbaycan yığmasını 2006-cı ilin noyabrından çalışdırır. Onun başçılığı altında otüstü hokkeyçilərimiz ciddi uğur qazana bilməyiblər.