11:24 25-12-2008
news_image
3115
DİGƏR NÖVLƏR

Elnur Məmmədli yeni imicdə...FOTO

XXIX Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədli imicini dəyişib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı cüdoçu dünən ilin idman yekunları ilə bağlı “Gülüstan” sarayında keçirilən mərasimdə tam fərqli qiyafədə görünüb.

Əgər yay olimpiya oyunlarından öncə, həmçinin son günlərədək Elnur saçını qabağa darayırdısa, bu dəfə o, saçını arxaya daramaqla, yeni imicə keçib. Bundan başqa, adətən 73 kq-da mübarizə aparan cüdoçumuzun çəkisinin artdığını da hiss etmək çətin deyil.