22:51 28-12-2008
news_image
475
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov zirvədə!

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Qran-Pri yarışlarında liderliyə yüksəlib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı beynəlxalq qrossmeyster bu nailiyyəti Rusiyanın Elista şəhərində keçirilən Qran-Prinin 3-cü mərhələsini ilk “üçlük”də bitirərək, qazanıb.

Qran-Prinin Bakı, Soçi və Elistada təşkil olunan hər 3 mərhələsində iştirak etmiş Rəcəbov 363,33 xalla 1-ci pillədədir. O, ən yaxın izləyicisi çinli Yu Vanqı 10 qabaqlayır. Son Qran-Pridə 4-cü yeri tutan Vüqar Həşimov isə aktivinə 110 xal əlavə edib. Hazırda gənc şahmatçı 328,33 xalla 3-cü pillədə qərarlaşıb.

Şəhriyar Məmmədyarova gəlincə, o, ümumilikdə 2 Qran-Pridə yarışıb. Nəticədə Bakıda 105, Elistada isə 80 xal toplayıb. Məmmədyarov 185 xalla 6-cı sıradadır. Gələn il Qran-Prinin daha 3 mərhələsi keçiriləcək.