11:39 29-12-2008
news_image
545
STOLÜSTÜ OYUNLAR

Rusiyalı qrossmeyster özünü Rəcəbovla müqayisə etdi

“Teymur Rəcəbovla eyni vəziyyətdəyəm. Birinciliyi bölüşdürdüyümdən narazılıq üçün əsas görmürəm”. Apasport.az saytının məlumatlına görə, bu fikirləri Elista şəhərində keçirilmiş Qran-Pri turnirinin qaliblərindən olan Aleksandr Qrişuk söyləyib.

Rusiyalı qrossmeyster yarışı zirvədə başa vurmaq üçün kifayət qədər çətinliklə üzləşdiyini bildirib: “Vüqar Həşimovla oyunum çox çətin alındı. Qələbə qazanmalı olduğum halda, məğlubiyyətlə üzləşdim. Qara fiqurlarla İvan Çeparinova və Rəcəbova qarşı partiyalar da ürəyimcə olmadı. Hər iki halda, rəqiblərim yenilik tətbiq etdilər və mən müdafiə olunmaq məcburiyyətində qaldım. Ona görə də, sevinmək üçün əsasım azdır”.