16:31 29-12-2008
news_image
1826
DİGƏR NÖVLƏR

Şarapova seks müsabiqəsində uduzdu və imicini dəyişdi - FOTO

Rusiyalı tennisçi Mariya Şarapova üçün 2008-ci il sözün hər mənasında uğursuz olub. Apasport.az saytının məlumatına görə, bir vaxtlar kortlarda xariqələr yaradan 21 yaşlı idmançı bu il tennisdə heç bir nailiyyət qazana bilmədi. Nəticədə Mariya reytinq cədvəlində xeyli gerilədi.

Bir müddət əvvəl isə o, Rusiyada seksual idmançılarla bağlı keçirilmiş müsabiqədə uğursuzluğa düçar oldu. Tennisçi uzun illər qalibi olduğu sorğuda birinciliyi əldən verib. “Komsomolskaya pravda” qəzetinin keçirdiyi sorğuda Şarapova ikinci yerlə kifayətlənib. Zivədə isə şüvüllə hündürlüyə tullanma üzrə olimpiya çempionu Yelena İsinbayeva tutub.

Yəqin ki, Mariya belə uğursuzluqların səbəbini zahir görkəmində görür. Təsadüfi deyil ki, tanınmış tennisçi imicini dəyişərək, 2009-cu ilə tam fərqli qiyafədə yollanmaq qərarına gəlib.

Seksual müsabiqədən söz düşmüşkən, Şarapovanın amerikalı sevgilisi az öncə mətbuata müsahibə verərək, onu əməlli-başlı tənqid etmişdi: “Mariya həqiqətən də gözəl qızdır. Ancaq cinsi əlaqə zamanı çox passivdir. O, yataqda ölü qurbağaya oxşayır”.