18:42 29-12-2008
news_image
609
DİGƏR NÖVLƏR

Azad Rəhimov Əbülfəz Qarayevdən iki dəfə yaxşı işləyir?

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) 2008-ci ildə olimpiya və qeyri-olimpiya növləri üzrə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, idmançılarımız başa çatmaqda olan il ərzində 550 medal qazanıblar. Bunlardan 205-i qızıl, 141-i gümüş, 204-ü isə bürünc medaldır.

550 medaldan 137-si olimpiya, 413-ü isə qeyri-olimpiya növlərində əldə edilib. Ümumiyyətlə, 2000-ci və 2001-ci illər istisna olunmaqla, idmançılarımızın sahib çıxdıqları medalların sayında kəmiyyətcə artım var. Ötən illə müqayisədə, bu il 98 medal çox qazanmışıq.

Azad Rəhimovun 2006-cı ildə gənclər və idman naziri təyin olunmasından sonra medalların keyfiyyətində və kəmiyyətində böyük irəliləyiş baş verib. Statistik hesablamalara görə, bu artım sabiq nazir Əbülfəz Qarayevin dövründəki ilə müqayisədə, iki dəfədən çoxdur. Görəsən, buna əsaslanıb, Rəhimovun Qarayevdən iki dəfə yaxşı işlədiyini söyləmək olarmı?

İdman növləri üzrə ümumi medallar


 

Qızıl
(olimpiya növləri / qeyri-olimpiya növləri)

Gümüş
(olimpiya növləri / qeyri-olimpiya növləri)

Bürünc
(olimpiya növləri / qeyri-olimpiya növləri)

Cəmi
(olimpiya növləri / qeyri-olimpiya növləri)

1992

11 (5/6)

3 (-/3)

9 (2/7)

23 (7/16)

1993

14 (6/8)

14 (5/9)

10 (2/8)

38 (13/25)

1994

12 (7/5)

15 (4/11)

22 (7/15)

49 (18/31)

1995

23 (5/18)

13 (7/6)

22 (7/15)

58 (19/39)

1996

22 (6/16)

17 (5/12)

29 (10/19)

68 (21/47)

1997

54 (3/51)

45 (12/33)

37 (7/30)

136 (22/114)

1998

60 (16/44)

45 (14/31)

63 (17/46)

168 (47/121)

1999

70 (14/56)

45 (14/31)

51 (21/30)

166 (49/117)

2000

53 (13/40)

38 (6/32)

69 (9/60)

160 (28/132)

2001

54 (12/42)

45 (16/29)

74 (22/52)

173 (50/123)

2002

53 (12/41)

45 (22/23)

77 (29/48)

175 (63/112)

2003

64 (17/47)

54 (21/33)

70 (36/34)

188 (74/114)

2004

62 (19/43)

43 (19/24)

86 (37/49)

191 (75/116)

2005

62 (34/28)

56 (29/27)

95 (59/36)

213 (122/91)

2006

81 (23/58)

73 (26/47)

133 (72/61)

287 (121/166)

2007

166 (61/105)

117 (39/78)

169 (74/95)

452 (174/278)

2008

205 (38/167)

141 (34/107)

204 (65/139)

550 (137/413)

Cəmi:

1066 (291/775)

809 (273/536)

1220 (476/744)

3095 (1040/2055)