12:53 30-12-2008
news_image
4468
DİGƏR NÖVLƏR

Dünya idmanının seks-simvolu - FOTO

Bütün dövrlər üçün dünyanın 50 ən ehtiraslı qadın idmançısının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, seks-simvol qolfçu Natali Qulbis seçilib. Əslən latviyalı olan 25 yaşlı idmançını “qolfun Kurnikovası” adlandırırlar. Bu yaşıl gözlü, sarışın gözəlçə 7 ildir qolfla məşğul olur və daima ən yaxşıların reytinqində ilk “onluq”da yer alır. Qulbis 2006-cı ildə kişilər üçün FHM jurnalına da açıq-saçıq şəkillər çəkdirib.

İdman tarixinin 50 ən seksual qadın idmançısı siyahısında ikinci yeri almaniyalı fiqurlu konkisürən Katarina Vitt tutur. İlk “üçlüy”ü isə rusiyalı tennisçi Anna Kurnikova qapayır. Bundan başqa, siyahıda müasir dövrün ən tanınmış idmançılarından Mariya Şarapova, Mariya Kirilenko (hər ikisi rusiyalı tennisçi), Amanda Beard (amerikalı üzgüçü, olimpiya çempionu), Ana Paula Mançino (braziliyalı voleybolçu), Xoup Solo (amerikalı futbolçu, Pekin Olimpiadasının qalibi) və Alina Kabayevanın (rusiyalı gimnast) da adı var.