17:00 30-12-2008
news_image
764
DİGƏR NÖVLƏR

Almaniyaya yollanacaq idmançılarımızın adları bilindi

Yanvarın 5-də Almaniyanın Braytenburn şəhərinə təlim-məşq toplantısına yollanacaq Azərbaycan avarçəkənlərinin adları müəyyənləşib. Milli Avarçəkmə Federasiyasının
mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, üç həftə davam edəcək hazırlıq prosesinə 13 idmançımız qatılacaq.

Belə ki, toplanışda iştirak edəcək Cavid Əfəndiyev, Aleksandr Qlotov, Timur Kutseba, Aleksandr Jdanov, Əbdürəşid Mustafin, Toğrul Qurbanzadə, Turqay Məmmədov, Telman Həbibli, Sərxan Hüseynov, Mirzağa Eyvazov və Kamal Məmmədov akademik, Rüfət Vəlizadə kayak, Xaqani Alməmmədli isə kanoe qayıqlarında avarçəkmə üzrə yığma komandamızın üzvləridir. Onlar akademik avarçəkmə üzrə milli komandamızın almaniyalı baş məşqçisi Rudiger Hauffe və köməkçi-məşqçi Samir Məmmədovun rəhbərliyi altında hazırlaşacaqlar.