18:27 31-12-2008
news_image
684
STOLÜSTÜ OYUNLAR

Azərbaycan FİDE-nin reytinq siyahısında 5-ci, Rəcəbov isə 6-cı yerdədir

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2009-cu ilin yanvarın 1-nə dünyanın ən güclü qrossmeysterlərinin reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvələ ilk dəfə olaraq beş həmyerlimizin adı daxil edilib.

Belə ki, təmsilçilərimizdən Teymur Rəcəbov 2761 xalla 6-cı, Şəhriyar Məmmədyarov 2724 xalla 18-ci, Vüqar Həşimov 2723 xalla 19-cu, Qədir Hüseynov 2661 xalla 62-ci, Rauf Məmmədov 2638 xalla 94-cü yerdədir.
Reytinq cədvəlinə bolqarıstanlı Veselin Topalov (2796) başçılıq edir. İlk “üçlük”də hindistanlı Vişvanatan Anand (2791) və ukraynalı Vasili İvançuk (2779) yer alıb.

Azərbaycan isə ölkələrin siyahısında 2638 xalla Rusiya (2723), Ukrayna (2691), Çin (2645) və İsraildən (2643) sonra 5-ci pillədə qərarlaşıb.