21:00 03-01-2009
news_image
753
DİGƏR NÖVLƏR

Azərbaycan Avropa çempionatına ilk dəfə iki duetlə qatılır

Azərbaycan fiqurlu konkisürənləri növbəti yarışa hazırlaşırlar. Apasport.az saytının məlumatına görə, yanvarın 19-da Finlandiyanın paytaxtı Helsinkidə startı veriləcək Avropa çempionatında idmançılarımız qadınların fərdi və rəqs cütlüklərinin yarışında qüvvələrini sınayacaqlar.

Həmvətənlərimizdən Emma Hacıyeva fərdi yarışlarda mübarizə aparacaq. Rəqs cütlüklərinin yarışında isə ölkəmiz iki duetlə təmsil olunacaq. Bu dəfə Kristin Freyzer - İqor Lukanin cütlüyündən əlavə, Nadine Əhməd - Brüs Porter dueti də Azərbaycanın bayrağı altında çıxış edəcək. Qitə çempionatına yanvarın 26-da yekun vurulacaq.