21:16 03-01-2009
news_image
677
DİGƏR NÖVLƏR

Milli komandamızın üzvləri Almaniyaya gedirlər

Azərbaycanın avarçəkmə üzrə yığma komandası yanvarın 5-də Almaniyanın Brandenburg şəhərinə təlim-məşq toplanışına yollanacaq. Apasport.az saytının məlumatına görə, üç həftə davam edəcək hazırlıq prosesinə 13 idmançımız qatılacaq.

Toplanışda iştirak edəcək Cavid Əfəndiyev, Aleksandr Qlotov, Timur Kutseba, Aleksandr Jdanov, Əbdürəşid Mustafin, Toğrul Qurbanzadə, Turqay Məmmədov, Telman Həbibli, Sərxan Hüseynov, Mirzağa Eyvazov və Kamal Məmmədov akademik, Rüfət Vəlizadə kayak, Xaqani Alməmmədli isə kanoe qayıqlarında yığma komandanın üzvləridir. Onlar milli komandamızın almaniyalı baş məşqçisi Rudiger Hauffe və köməkçi-məşqçi Samir Məmmədovun rəhbərliyi altında hazırlaşacaq.