18:17 07-01-2009
news_image
551
DİGƏR NÖVLƏR

Daha bir idmançı öldü

Fransız motosikletçisi Paskal Terri Argentinada keçirilən ralli marafonunda həlak olub. Apasport.az saytının məlumatına görə, 49 yaşlı idmançı marafonun ikinci mərhələsində Santa-Roza və Puerto Madrin şəhərləri arasında dünyasını dəyişib. Paskalın meyiti bu gün səhər saatlarında motosikletindən 20 metr aralıda tapılıb. İlk dəfə “Dakar”da iştirak edən Terrinin cəhdi ona həyatı bahasına başa gəlib.
Qeyd edək ki, polis motosikletçinin ölümü ilə bağlı məsələni araşdırmağa başlayıb.