23:12 07-01-2009
news_image
781
STOLÜSTÜ OYUNLAR

Hammer hara, Azərbaycan şahmatçıları hara?

Norveçin Qjevik şəhərində keçirilən beynəlxalq şahmat festivalı başa çatıb. Apasport.az saytının məlumatına görə, 9 turdan ibarət yarışda beşi həmyerlimiz olmaqla, 70 iti zəka sahibi mübarizə aparıb.

Təmsilçilərimizdən ən yaxşı nəticəni 6,5 xalla 7-ci yeri tutan Nicat Abbasov göstərib. Xanım şahmatçımız Xəyalə İsgəndərova 6 xal toplamaqla, festivalı 11-ci pillədə başa vurub. Hərəyə 5,5 xal toplayan Nərgiz Umudova və Türkan Məmmədyarova müvafiq olaraq, 16 və 18-ci yerdə qərarlaşıblar. Cəmi 5 xal qazanan Zeynəb Məmmədyarova isə yarışı 24-cü pillədə başa vurub.

Turnirin qalibi 7 xalla yerli şahmatçı Lüdviq Hammer olub.