12:06 12-01-2009
news_image
989
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmat çempionatı start götürür

Bu gün qadın şahmatçılar arasında Azərbaycan çempionatı start götürür. Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, yarışda 11 iti zəka sahibi dairəvi sistem üzrə mübarizə aparacaq.

Çempionatda Zeynəb və Türkan Məmmədyarova bacıları, həmçinin Nərgiz Umudova, Xəyalə İsgəndərova, Nərmin Kazımova, Gülnar Məmmədova, Xəyalə Abdullayeva, Səbinə Quliyeva, Səbinə İbrahimova, Turan Əsgərova və Elmira Əliyeva qüvvələrin sınayacaqlar.

Sabah isə eyni məkanda - AŞF-nin ofisində kişi şahmatçılar mübarizəyə başlayacaqlar. Federasiya rəhbərliyi milli komandamızın bütün üzvlərini yarışdan azad edib. İl ərzində xeyli beynəlxalq turnirlərdə iştirakı nəzərə alınan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədova yenə istirahət verilib. Hərçənd, ötən çempionata yığma üzvlərindən Rauf qatılmışdı.

Kişilərin yarışında 10 idmançı çıxış edəcək. Həm qadınların, həm də kişilərin çempionatına yanvarın 22-də yekun vurulacaq.