12:12 13-01-2009
news_image
721
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovun 2009-cu ildə ilk beynəlxalq yarışı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov yanvarın 17-də Hollandiyanın Veyk-an-Zee şəhərində start götürəcək XIX kateqoriyalı “Corus” kuboku uğrunda yarışda iştirak edəcək. Apasport.az saytının məlumatına görə, 22 yaşlı həmvətənimiz 2009-cu ildə qatılacağı ilk beynəlxalq turnirdə 13 qrossmeysterlə qarşılaşacaq.

Rəcəbovun rəqibləri Luk Van Veli, Daniel Stellvagen, Yan Smits (hamısı Hollandiya), Vasili İvançuk, Sergey Karyakin (hər ikisi Ukrayna), Maqnus Karlsen (Norveç), Aleksandr Morozeviç (Rusiya), Sergey Movsesyan (Slovakiya), Levon Aronyan (Ermənistan), Van Yu (Çin), Qata Kamski (ABŞ), Lenyer Dominges (Kuba) və Maykl Adams (İngiltərə) olacaq. Bir dövrəli sistem üzrə keçiriləcək yarış fevralın 1-də yekunlaşacaq.

Qeyd edək ki, Teymur son iki ildə “Corus” superturnirinin mükafatçılar sırasında yer alıb.