19:08 13-01-2009
news_image
4943
DİGƏR NÖVLƏR

Geyinməyi unudan azarkeşlər - FOTO

Azarkeşlər idman yarışlarının bəzəyi sayılır. Əgər hansısa turnirə azarkeşlərin marağı azdırsa və ya ora heç bir fanat gəlmirsə, həmin yarış çox maraqsız, darıxdırıcı alınır. Bu baxımdan idman həvəskarları hərəkətverici qüvvə hesab olunur. Lüt azarkeşlər isə...

Yox, belələrini tribunada, stadionda, meydançada görəndə, həm təəccüblənir, həm də gülürük. Paltarlarını soyunub meydançaya daxil olanlar ya konkret oyunçuya sevgilərini bildirirlər, ya da sadəcə, ictimaiyyətin diqqətini özlərinə çəkirlər. Məsələn, ötən il bir qrup yarıçılpaq gözəlçə İtaliya yığmasının məşqi zamanı meydançaya “basqın” edərək, ulduz futbolçuları öpmək imkanı qazanmışdılar.

Hətta Bakıda da belə hadisələr baş verib. 2004-cü ilin oktyabrında dünya çempionatının seçmə qrup mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – İngiltərə (0:1) matçı zamanı bir oğlan azarkeş meydançaya daxil oldu. Düzdür, o, çılpaq deyildi və heç kimi öpmək istəmirdi. Yəqin ki, fanat İngiltərənin məşhur futbolçularını öz gözləri ilə gördüyündən, özünü ələ ala bilməmişdi. Hər halda, asayiş keşikçiləri onu tutmağı bacardılar. Bu işdə onlara ingilislərin qapıçısı Pol Robinson yardımçı oldu. Robinson vaxtında çılğın azarkeşə badalaq atmasaydı, o, meydançada hələ çox qaçacaqdı.

2004-cü ildə gerçəkləşən daha bir hadisə isə Suraxanıda olub. “Qarabağ” - “Karvan” (1:2) oyununun gedişində azarkeşlərdən bir meydançaya girib. Baş hakim Fariz Yusifov da tənbəllik eləməyib, yumruqla onun aşını-duzunu verib. Bu da Azərbaycan çempionatının özəlliyi...

Beləliklə, apasport.az saytı dünyanın ən çılğın azarkeşlərinin davranışlarını təqdim edir.