10:44 15-01-2009
news_image
593
DİGƏR NÖVLƏR

Avropa çempionatının püşkatması Bakıda keçirləcək

Fevralın ortalarında birdən-birə iki iclas və 15-17 may 2009-cu ildə paytaxtda keçiriləcək bədii gimnastika üzrə 25-ci Avropa çempionatının püşkatması Bakıda baş tutacaq. Apasport.az saytının məlumatına görə, Avropa Gimnastika İttifaqının direktoru Manfred Kuht və bu qurumun bədii gimnastika üzrə Texniki komitəsinin prezidenti Hayde Bruneder çempionatın Təşkilat komitəsinin iclasında iştirak edəcəklər. Müzakirələrin mövzusu iştirakçıların akkreditasiyası və yerləşdirilməsi, dopinq nəzarəti və teleyayım, idman kompleksinin təchizatı və çempionata hazırlıq zamanı hesabatlar, həmçinin digər məsələlər olacaqdır.

Bundan başqa, Bruneder Texniki komitənin iclasını keçirəcək, iclasın gedişində öz həmkarları ilə Avropa çempionatının cədvəlini, iştirakçıların və fəxri qonaqların gəliş günlərini təsdiq edəcək. Əsas diqqət turnirin formatına, gimnastların sayına və yeniyetmə qrup komandalarının heyətinə yönəldiləcək.

Nəhayət, əsas hadisə Texniki komitənin üzvlərinin keçirəcəyi Avropa çempionatının püşkatması olacaq. Yeri gəlmişkən, artıq Avropa çempionatının məlum olan 31 üzvünə, daha 3 ölkə qatılmışdır: İspaniya, Gürcüstan və Türkiyə. Beləliklə, 33 ölkənin gimnastları fərdi turnirdə, 19 komanda isə yeniyetmələrin qrup kollektivlərinin yarışında qüvvələrini sınayacaqlar.