14:26 16-01-2009
news_image
566
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız 25 min avroluq yarışda

Azərbaycan şahmatçıları Almaniyada təşkil olunacaq “Pfalz” adlı beynəlxalq turnirdə mübarizə aparacaqlar. Apasport.az saytının məlumatına görə, fevralın 15-də start götürəcək yarışda 4 idmançımız - Nicat Məmmədov (2607), Fərid Abbasov (2565), Rəşad Babayev (2491) və Nicat Abbasov (2397) qüvvəsini sınayacaq.

Turnirin reytinq-favoriti rusiyalı Aleksey Dreyev (2688) sayılır. İsveçrə sistemi üzrə keçiriləcək yarış 9 turdan ibarət olacaq və fevralın 22-də yekunlaşacaq. Sayca ikinci dəfə baş tutacaq turnirin mükafat fondu 25 000 avrodur.