00:37 20-01-2009
news_image
575
STOLÜSTÜ OYUNLAR

Rəcəbov dünyanın üçüncü qrossmeysterini mat qoydu

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Corus” beynəlxalq şahmat superturnirində üçüncü tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 14 qrossmeysterin qüvvəsini sınadığı XIX kateqoriyalı yarışın hesabat turu ölkəmizi təmsil edən Teymur Rəcəbov üçün uğurlu olub. Belə ki, ilk iki turda Maqnus Karlsen (Norveç) və Levon Aronyanla xalları yarı bölən həmvətənimiz bu dəfə reytinqə görə dünyanın üçüncü qrossmeysteri Vasili İvançuku üstələyib. Rəcəbov qara fiqurlarla oynamasına baxmayaraq, 41-ci gedişdə rəqibi məğlubiyyətlə barışıb.

Digər oyunların nəticələri belədir:

Luk van Veli (Hollandiya) – Yan Smits (Hollandiya) - 0,5:0,5
Levon Aronyan (Ermənistan) – Daniel Stelvaqen (Hollandiya) – 0,5:0,5
Maqnus Karlsen (Norveç) – Sergey Movsesyan (Slovakiya) - 0,5:0,5
Maykl Adams (İngiltərə) – Lenyer Dominqes (Kuba) - 0,5:0,5
Qata Kamski (ABŞ) – Aleksandr Morozeviç (Rusiya) – 1:0
Sergey Karyakin (Ukrayna) – Vanq Yu (Çin) - 0,5:0,5

Üç turdan sonra hesabındakı iki xalla liderlər qrupunda olan Rəcəbov bu gün Karyakinlə qarşılaşacaq.