20:01 20-01-2009
news_image
659
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov çox fikirləşmədi

Hollandiyanın Veyk-aan-Zee şəhərində keçrilən “Corus” beynəlxalq şahmat festivalında dördüncü turun görüşləri keçirilir. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Teymur Rəcəbov hesabat turunda ukraynalı Sergey Karyakinlə qarşılaşıb. Şahmatçımızın ağ fiqurlarla oynadığı partiyada 21-ci gedişdə heç-heçə qeydə alınıb.
Bu, Rəcəbovun yarışda üçüncü heç-heçə olub. Belə ki, Teymur dünən Vasili İvançuk (Ukrayna) üzərindəki qələbədən əvvəl - ilk iki turda Maqnus Karlsen (Norveç) və Levon Aronyanla (Ermənistan) da xalları yarı bölmüşdü.