23:24 21-01-2009
news_image
4346
DİGƏR NÖVLƏR

Xose Bernardo əsgərliyə getdi

ANS TV-nin idman xəbərlərinin qaradərili aparıcısı Xose Bernardo əsgərliyə yollanır. Apasport.az saytının məlumatına görə, milliyətcə kubalı və Azərbaycan vətəndaşı olan Bernardo il yarım hərbi xidmətdə olacaq.
Hərbi formanı geyinməzdən əvvəl anspress.com saytına müsahibəsində Bernardo bildirib ki, Qarabağ savaşına hazırdır: “Hərbi xidmətin ilk dəqiqələrindən döyüşə hazıram. Mənim üçün fərqi yoxdur. Hansı qoşun növündə məsləhət görsələr, orda da xidmət edəcəm”.