12:21 22-01-2009
news_image
3180
DİGƏR NÖVLƏR

Sevgilisi olimpiya çempionunu çılpaq şəkillərlə şantaj etdi - FOTO

Fransanın ən güclü qadın üzgüçüsü Laura Manadu iki gözlənilməz hadisə ilə azarkeşlərini şoka salıb. Apasport.az saytının məlumatına görə, Afina Yay Olimpiya Oyunlarının qızıl medalçısı bu ilin iyununda İtaliyada keçiriləcək 13-cü dünya çempionatına qatılmaqdan imtina edib. 22 yaşlı idmançı hansı səbəbdən belə qərar qəbul etməsini açıqlamayıb.

Fransa Üzgüçülük Federasiyasının rəsmisi Pol Lessia isə Manadunun addımından məyusluğunu gizlətməyib: “İstərdim ki, o, dünya çempionatında iştirak etsin. Manadu yaşına görə çox böyük uğur qazanıb. O, idmanla vidalaşmır, sadəcə, qarşıdakı yarışla bağlı müstəqil qərar verib”.

Ancaq bu ərəfədə yayımlanan Lauranın çılpaq şəkilləri aranı yenə qarışdırıb. Bunların Manadunun keçmiş sevgilisi, üzgüçü Luka Marin tərəfindən yayımlandığı iddia olunur. Ehtimallara əsasən, Marin keçmiş sevgilisinin çılpaq şəkillərini şəbəkəyə buraxmaqla, ondan qisas almaq istəyib. Qarşı tərəfdən güclü mənəvi zərbə alan, şantaj olunduğunu görən Laura məhz sarsıldığı üçün dünya çempionatının hazırlıqlarını dayandırıb və az sonra ümumiyyətlə, yarışdan imtina edib.