14:43 22-01-2009
news_image
631
DİGƏR NÖVLƏR

Azərbaycan yığması Misirdə beynəlxalq turnirə qatılacaq

Kişi otüstü hokkeyçilərdən ibarət Azərbaycan milli komandası Misirin paytaxtı Qahirədə təşkil olunacaq beynəlxalq turnirdə mübarizə aparacaq. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib.

Nuriyevin sözlərinə görə, fevralın 10-dan 20-dək davam edəcək yarışda yığmamızın qarşılaşacağı rəqiblər hələlik müəyyənləşməyib. Turnir milli komandamız üçün Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, Saleh Hüseynovla Yusif Qasımovun rəhbərlik etdiyi kollektiv iyulda Xorvatiyada keçiriləcək qitə çempionatının Çelenc I divizionunda oynayacaq. Avropa birinciliyinə yığmamızla yanaşı, Xorvatiya, Danimarka, Portuqaliya, Slovakiya, İsveç, Türkiyə və Ukrayna komandaları da qatılacaq.