19:17 23-01-2009
news_image
587
STOLÜSTÜ OYUNLAR

Gülnar Məmmədova Azərbaycan çempionu titulu və 1000 manat qazandı

Qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, birinci yeri Şirvan təmsilçisi Gülnar Məmmədova tutub. O, eyni miqdarda xal topladığı Nərmin Kazımovanı əmsallar sayəsində qabaqlayıb.

Bürünc medala Türkan Məmmədyarova layiq görülüb. Maraqlıdır ki, onun bacısı, milli komandamızın lideri Zeynəb mükafatçılar sırasına düşməyi bacarmayıb. Azərbaycan Şahmat Federasiyası tərəfindən ilk 5 pillənin sahiblərinə müvafiq olaraq, 1000, 800, 600, 350 və 250 manat pul verilib.