16:30 27-01-2009
news_image
3220
DİGƏR NÖVLƏR

Bekhemlərin oxşarları tapıldı - FOTOSESSİYA

İngiltərənin “News of The World” qəzeti maraqlı layihə həyata keçirib. Apasport.az saytının məlumatına görə, nüfuzlu mətbu orqan məşhur ingilis futbolçu Devid Bekhem və onun həyat yoldaşı, “Spice girls” musiqi qrupunun keçmiş üzvü Viktoriya Bekhemin oxşarını tapıb.

Bekhemlər ailəsinin oxşarları yataqda, mətbəxdə, vanna otağında poza veriblər. Bununla da, qəzet Devid və Viktoriyanı yamsılayıb. Məsələ burasındadır ki, tanınmış cütlük bir müddət öncə “Emporio Armani” firmasının alt paltarlarını reklam etmişdilər. Bekhemlərin oxşarları obyektivlər önündə həmin reklamdakına uyğun pozalar almaqla, Devid və Viktoriyanı parodiya ediblər.