16:57 27-01-2009
news_image
757
DİGƏR NÖVLƏR

Milli komandamız Malayziyaya beynəlxalq turnirə gedir

Qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan milli komandası Malayziyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib.

Otüstü hokkeyçilərimizin Malayziya səfəri fevralın 20-dən martın 1-dək davam edəcək. Bu müddət ərzində milli komandamız pakistanlı baş məşqçi Tahir Zamanın rəhbərliyi altında beynəlxalq yarışa qatılacaq. Turnirdə yığmamız və meydan sahibləri ilə yanaşı, İtaliya, Koreya, Almaniya və Hollandiya da mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış yığmamız üçün bu ilin yayında Amsterdamda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.