12:49 28-01-2009
news_image
906
DİGƏR NÖVLƏR

Milli çempionatın formatı yenə dəyişdirildi

Otüstü hokkey üzrə kişi komandalar arasında keçiriləcək Azərbaycan çempionatının reqlamenti yenə dəyişdirilib. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Onun sözlərinə görə, apreldə start götürəcək ölkə çempionatında mübarizə hərəsində 4 komanda olmaqla, 3 liqada gedəcək.

Yüksək liqada “Akkord”, “Atasport” (hər ikisi Bakı), “Şahdağ” (Qusar), “Göytəpə” (Cəlilabad), 1-ci liqada “Kür” (Mingəçevir), “Gənclik” (Sumqayıt), “Təhsil” (Bakı), “Gəncə”, 2-ci liqada isə “Astara”, “Şəki”, “Xəzər” (Lənkəran) və “Olimp” (Masallı) klubları yarışacaq. Çempionat dörd dövrədən ibarət olacaq. Hər bir komanda mövsüm ərzində 12 oyun keçirəcək. Yeni qaydalara əsasən, liqada sonuncu yeri tutan klubu növbəti ölkə birinciliyində digər liqanın qalibi əvəzləyəcək.

Qadın komandalar isə əvvəlki kimi, 2 dövrədə oynayacaqlar. Xanım otüstü hokkeyçilərin yarışına 5 və ya 6 klub qatılacaq.

Qeyd edək ki, ötən il kişilərin çempionatı iki mərhələdə keçirilmişdi. Öncə A və B yarımqruplarının hərəsində 6 komanda mübarizə aparmışdı. Daha sonra hər yarımqrupda l-2-ci, 3-4-cü və 5-6-cı pillədə qərarlaşan kollektivlərdən ayrı-ayrılıqda 3 qrup yaradılmışdı.