00:07 29-01-2009
news_image
1692
DİGƏR NÖVLƏR

Klub prezidenti özündən 30 yaş kiçik modelin toruna düşdü - FOTOSESSİYA

İngiltərənin “Kuinz Park Reyncers” klubunun prezidenti və Formula-1 çempionatında çıxış edən “Renault” komandasının icraçı-direktoru Flavio Briatore ikinci cavanlığını yaşayır. Apasport.az saytının məlumatına görə, 59 yaşlı italiyalı biznesmen bu yaxınlarda növbəti dəfə ailə həyatı qurub. O, özündən düz 30 yaş kiçik Elizabeta Qreqoraçi ilə evlənib.

Briatore İtaliyanın ən tanınmış modelini hansı səbəbdən seçdiyini belə izah edib: “Artıq gənclərə üstünlük verirəm. Çünki belələri şam yeməyindən sonra ən azı təşəkkür etməyi bacarırlar. 32 yaşdan yuxarı xanımların əksəriyyəti isə davakar olurlar”.

Göründüyü kimi, qoca vaxtında eşqə düşən klub prezidenti yeni sevgilisindən razıdır. Briatore bundan öncə Naomi Kempbell və Heidi Klumla da eşq macərası yaşayıb.

Elizabetaya gəlincə, o, İtaliyanın RAİ telekanalında veriliş apararkən, seksual davranışları ilə məşhurluq qazanıb. Hətta gözəlçə İtaliyanın baş nazirinin müavini Canfranko Fini ilə də yaxın münasibətdə olub. 29 yaşlı model RAİ-dən qovulduqdan sonra Silvio Berluskoninin şəxsi telekanalına işə düzəlib. Onun bədən quruluşu 86-62-89 ölçüsünə uyğun gəlir.

Paparitsilər Briatore ilə Elizabetanı çimərlikdə yaxalayaraq, onların şəkillərini çəkiblər.