21:52 30-01-2009
news_image
689
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov “Çin səddi”ndən zirvəyə yüksəldi

Hollandiyada təşkil olunan XIX kateqoriyalı “Corus” superturnirində az öncə XI turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, bir günlük fasilədən sonra həmyerlimiz Teymur Rəcəbov çinli Van Yu ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan qrossmeysterimiz 64-cü gedişdə rəqibini təslim etməklə növbəti qələbəsini rəsmiləşdirib.

Luk van Veli (Hollandiya) – Sergey Movsesyan (Sloveniya) – 0:1
Qata Kamski (ABŞ) – Sergey Karyakin (Ukrayna) – 1:0
Maykl Adams (İngiltərə) – Vasili İvançuk (Ukrayna) – 0,5:0,5
Lenyer Dominqes (Kuba) – Levon Aronyan (Ermənistan) – 1:0
Aleksandr Morozeviç (Rusiya) – Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Yan Smits (Hollandiya) – Daniel Stellvagen (Hollandiya) - 0,5:0,5
Van Yu (Çin) – Teymur Rəcəbov (Azərbaycan) – 0:1

Hesabat turundan sonra Rəcəbov liderlər arasındadır. Belə ki, həmvətənimizlə yanaşı, Aronyan, Dominqes və sabah qarşılaşacağı Movsesyan hərəyə 6,5 xal toplayıb.