00:05 31-01-2009
news_image
576
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız “Moskva Open” festivalında

Bu gün Rusiyanın paytaxtı Moskvada ənənəvi “Moskva Open” şahmat festivalına start veriləcək. Apasport.az saytının məlumatına görə, 1500-dən çox iti zəka sahibinin qüvvəsini sınayacağı sayca V festivalda həmvətənlərimiz də təmsil olunacaq.

Reytinqi yüksək olan qrossmeysterlərin yarışında - A turnirində ölkəmizin şərəfini yığmamızın üzvləri Qadir Hüseynov, Vasif Durarbəyli, Eltac Səfərli və Nicat Abbasovun qoruyacağı dəqiqləşib.

B və C turnirlərinə gəlincə, burada nisbətən aşağı reytinqli fitri istedadlar mübarizə aparacaqlar.