15:47 31-01-2009
news_image
5194
DİGƏR NÖVLƏR

Güləş zallarının əsmər gözəlçəsi - FOTO

Steysi Keybler güləş zallarının əsmər gözəlçisi sayılır. Elə bilməyin ki, o, idmançı kimi rəqiblərinə məğlubiyyət acısı daddırdığı və ya döşək üzərində müxtəlif fəndləri yerinə yetirdiyi üçün çoxlarının sevimlisinə çevrilib. Xeyr, Steysi güləş üzrə dünya çempionatlarında xarüqələri rəqqasə qismində yaradıb.

1979-cu ildə ABŞ-da doğulan Keybler hələ 3 yaşında ikən caz və bal dərslərinə gedib. Universitetdə oxuduğu vaxtlarda kiçik rollara dəvət edilib. Eyni zamanda, Steysi modelliklə də məşğul olub və “Maxim”, “Stuff” jurnallarına şəkillər çəkdirib. 21 yaşında olarkən, güləş üzrə dünya çempionatlarında oynayan “Nitro qızları” rəqs qrupuna daxil olub. Yarışlar zamanı fasilələrdə seksual rəqsləri və davranışları ilə diqqət çəkən Steysi bir dəfə çempionatın aparıcısının stolunun üstünə çıxmaqla məşhurlaşıb.

Bu dəcəl qız 110 sm-lik ayaqları ilə tamaşaçıları zalda darıxmağa qoymurdu. Ona “Güləş liqasının ayaqları” ləqəbini vermişdilər. Daha sonra o, ABŞ-da təşkil olunan əyləncəli güləş yarışlarında da çıxış edib. Lakin Steysi 3 il öncə rəqqasəliklə birdəfəlik vidalaşaraq, aktrisalığa başlayıb. Buna baxmayaraq, güləş həvəskarları əsmər gözəlçənin rəqslərini hələ də unutmayıblar. Beləliklə, apasport.az saytı Steysi Keyblerin fotolarını təqdim edir.