22:00 01-02-2009
news_image
817
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov “Corus” turnirini ikinci yerdə başa vurdu

Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində təşkil olunan ənənəvi “Corus” turnirinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, XIX kateqoriyalı yarışın sonuncu 13-cü turunda həmyerlimiz Teymur Rəcəbov ağ fiqurlarla hollandiyalı Daniel Stellvagenə qarşı oynayıb. 24-cü gedişdə heç-heçə ilə razılaşan şahmatçımızın turniri neçənci yerdə başa vuracağı digər partiyaların nəticəsindən asılı olacaq.

Qata Kamski (ABŞ) – Sergey Movsesyan (Sloveniya) - 0,5:0,5

Maykl Adams (İngiltərə) – Luk van Veli (Hollandiya) - 0,5:0,5

Lenyer Dominqes (Kuba) – Sergey Karyakin (Ukrayna) – 0:1

Aleksandr Morozeviç (Rusiya) – Vasili İvançuk (Ukrayna) – 1:0

Yan Smits (Hollandiya) – Levon Aronyan (Ermənistan) – 0,5:0,5

Vanq Yu (Çin) – Maqnus Karlsen (Norveç) - 1:0

Teymur Rəcəbov (Azərbaycan) – Daniel Stellvagen (Hollandiya) - 0,5:0,5

Beləliklə, turniri 7,5 xalla başa vuran Rəcəbov Aronyan və Movsesyanla birgə 2-4-cü yerləri bölüşdürüb.Dominqesi təslim edən Karyakin isə qalib adına sahib çıxıb.