21:49 03-02-2009
news_image
547
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları “Fəcr” turnirində

Bu gün İranın Kiş adasında şahmat üzrə “Fəcr” beynəlxalq turniri start götürüb. Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, yarışda ölkəmizin şərəfini 3 idmançı qoruyur. Bunlar Azər Mirzəyev, Ülvi Bacarani və Elnur Əliyevdir.

Şahmatçılarımız İranda hərəyə 9 oyun keçirəcəklər. İsveçrə sistemi əsasında təşkil olunan beynəlxalq turnirə fevralın 10-da yekun vurulacaq.