17:17 05-02-2009
news_image
662
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Cəbəllütariqdə çempion ola bilmədi

Azərbaycan şahmatçısı Vüqar Həşimov Cəbəllütariqdə keçirilən 7-ci “Gibtelecom” festivalında çempion ola bilməyib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı beynəlxalq qrossmeysterimiz öncə yarış cədvəlinə başçılıq etsə də, sonradan liderliyini itirib.

Bu gün axırıncı tur çərçivəsində ABŞ təmsilçisi Hikaru Nakamura ilə heç-heçə oynayan Vüqar 1-ci yeri tutmaq şansını qaçırıb. Nəticədə Həşimov 7,5 xalla Nakamura ilə birgə 3-4-cü pillələri bölüşdürüb.

10 turdan ibarət yarışın qalibi Pyotr Svidlerlə (Rusiya) Vadim Milov (İsveçrə) olub. Onlar hərəyə 8 xal toplayıb.