18:24 06-02-2009
news_image
536
DİGƏR NÖVLƏR

Gimnastların Bakı birinciliyi başladı

Bu gün Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə sayca XVI Bakı birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda “Neftçi” İdman-Sağlamlıq Mərkəzi, Bakı Gimnastika Məktəbi, Respublika İdman Məktəbi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti və Həmkarlar İttifaqının idmançıları mübarizə aparırlar.

Çempionatda 3 yaş qrupunda 1995-97-ci, 1998-99-ci və 2000-01-ci il təvəllüdlü gimnastlar qüvvələrini sınayırlar. Paytaxt birinciliyinə Gəncənin 8 təmsilçisi müsabiqədənkənar qatılıb.

Sabah başa çatacaq yarış bu ilin aprelində keçiriləcək Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.