11:33 09-02-2009
news_image
693
DİGƏR NÖVLƏR

Fransada azərbaycansayağı fiasko

Fransanın Orlean şəhərində qadınlar arasında qılıncoynatma üzrə Qran-Pri turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, sablya növü üzrə keçirilmiş yarışda Azərbaycan idmançıları fiaskoya uğrayıblar.

Belə ki, fərdi yarışlarda Sevil Bünyadova 114 iştirakçı arasında 58-ci, Sabina Mikina 60-cı, Aida Ələsgərova 79-cu, Sevinc Bünyatova isə 104-cü yeri tutub.

Eyni zamanda, Azərbaycan yığması da zəif nəticə göstərib. Tahir Həkimovun yetirmələri ardıcıllıqla, Ukrayna (32:45), Böyük Britaniya (33:45) və Kanadaya (39:45) uduzub. Milli komandamız yalnız Sinqapuru 45:38 hesabı ilə üstələyərək, axırıncıdan əvvəlinci, 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, qılıncoynadanlarımız Qran-Prinin növbəti mərhələsi çərçivəsində 12-15 fevral aralığında Rusiyanın paytaxtı Moskvada qüvvələrini sınayacaqlar.