17:38 09-02-2009
news_image
538
DİGƏR NÖVLƏR

Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı Olimpiya İdman Kompleksi bədii gimnastika üzrə keçirilən 16-cı Bakı birinciliyi başa çatıb. Apasport.az saytının məlumatına görə, 1995-97-ci il təvəllüdlülər arasında qalib adını Ayşə Mustafayeva qazanıb. 1998-99-cu il təvəllüdlü gimnastların mübarizəsində Nülufər Niftəliyeva, 2000-01-ci il təvəllüdlülər arasında isə Jalə Piriyeva birinciliyin baş mükafatına sahib çıxıb.