18:12 10-02-2009
news_image
690
STOLÜSTÜ OYUNLAR

“Fəcr” bizlik deyil, bəs “Xəzər”?

Azərbaycan şahmatçıları İranın Kiş şəhərində təşkil olunan beynəlxalq turnirində medal qazana bilməyiblər. Bu haqda apasport.az saytına məlumat verən Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun sözlərinə görə, yarışda ölkəmizin şərəfini 3 iti zəka sahibi qoruyub.

Ancaq nə Azər Mirzəyev, nə Rəsul İbrahimov, nə də Ülvi Bacarani fəxri kürsüyə yüksəlib. Bu şahmatçılar müvafiq olaraq, 6-cı, 8-ci və 38-ci pillədə qərarlaşıblar.

Bu gün İranın Rəşt şəhərində isə sayca 7-ci “Xəzər” kuboku uğrunda mübarizə başlanıb. Turnirə 21 şahmatçımız qatılıb. “Xəzər” kubokunda, həmçinin “Fəcr” turnirində iştirak etmiş həmyerlilərimiz də oynayırlar. Yarışa fevralın 16-da yekun vurulacaq.