13:56 13-02-2009
news_image
4553
DİGƏR NÖVLƏR

Dünyanın 3 ən gözəl tennisçisi - FOTOSESSİYA

ABŞ-ın məşhur “Sport Illustrated” jurnalı dünyanın 3 ən gözəl qadın tennisçisini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, kortların ən cazibədar xanımları slovakiyalı Daniela Xantukova, rusiyalı Mariya Kirilenko və fransalı Tatyana Qolovin seçilib.

İdeal bədən quruluşuma malik hər 3 tennisçi “Sport Illustrated”in xüsusi buraxılışı üçün şəkillər çəkdirib. Çəkilişlər üçün Dominikan Respublikasına yollanan Xantukova, Kirilenko və Qolovin çimərlikdə hərəyə 300-dən çox poza veriblər. “Sport Illustrated” rəhbərliyi onların şəkilləri sayəsində çimərlik paltarlarını reklam etmək məqsədi güdür.

Beş gün davam edən fotoçəkilişlərin ardından tennisçilər öz təəssüratlarını bölüşüblər. Daniela Xantukova bunları deyib: “Bu işin bir parçası olmaq mənim üçün çox xoşdur. İnsanlara kortdan kənarda özümü göstərmək üçün yaxşı və əyləncəli fürsət yaxalamışdım”.

Kirilenko və Qolovin də çəkilişlər zamanı inanılmaz sevinc yaşadıqlarını və bunları heç vaxt unutmayacaqlarını söyləyiblər. Üstəlik, 22 yaşlı Kirilenko dünyanın ən yaxşı futbolçusu, “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldonu tərifləməyə də imkan tapıb: “Məncə, Ronaldo planetin ən cazibədar idmançısıdır”.

Qeyd edək ki, ABŞ-da və Avropanın bir çox ölkələrində yayımlanan “Sport Illustrated”in ötənilki xüsusi buraxılışı 66 milyon tirajla nəşr olunmuşdu.

Şəkillərdə:

1-7 Daniela Xantukova
8-14 Mariya Kirilenko
15-21 Tatyana Qolovin