17:20 17-02-2009
news_image
518
STOLÜSTÜ OYUNLAR

İrandan 3 medal gəlir

İranın Rəşt şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən 7-ci “Xəzər” kuboku uğrunda yarış başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirdə qüvvəsini sınayan Azərbaycanın 21 şahmatçısından 3-ü fəxri kürsüyə yüksəlib.

Kişilərin A kateqoriyalı yarışında qızıl medala həmyerlimiz 7 xalla Azər Mirzəyev layiq görülüb. Digər şahmatçımız Rəsul İbrahimovun da medal qazanmaq şansı olsa da, yekunda əliboş qalıb. Daha doğrusu, o, Gevorq Harutyunyan (Ermənistan) və Marat Cumayevlə (Özbəkistan) eyni miqdarda - 6 xal toplayıb. Ancaq əmsallar cədvəlinə əsasən, İbrahimov 5-ci yerlə kifayətlənib.

B kateqoriyasına daxil olan kişilərin mübarizəsinə gəlincə, burada təmsilçimiz Kənan Heydərli fəxri kürsünün ikinci pilləsinə qalxıb (8 xal).

Qadın şahmatçılarımızdan isə yeganə medala Ülviyyə Fətəliyeva sahib çıxıb. O, 7 xalla 3-cü sırada qərarlaşıb.